Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentə "şəklimiz bulanıq düşüb, yenidən çəkdirək" deyən gənc kimdir? - VİDEOMÜSAHİBƏ

"Prezident və birinci vitse prezident ilə "selfi" çəkdirmişdim. Lakin gördüm ki, şəkil bulanıqdı. Düşündüm ki, o şəkilləri paylaşsam, uğurlu alınmayacaq. İlk olaraq Mehriban Əliyevaya dedim ki, yenidən şəkil çəkdirək, o da razılıq verdi. Daha sonra isə Prezidentə yenidən yaxınlaşdım və xahiş etdim ki, foto çəkdirək. O da razılıq verdi və səmimi şəkildə bildirdi ki, "şəklə bax gör necə alınıb?. Hətta mənə dedi ki, şəkli çəkərkən tələsmə. Bu anlar mənim ömür boyu unutmayacağım xatirəyə çevrildi".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında BDU Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqının sədri Əkbər Əliyev deyib.

O Prezidentə və dövlətə bağlı insan olduğunu deyib: "Mən hər zaman dövlətimin, prezidentim yolunda könüllü olmağa hazıram. Bəziləri yazır ki, bu qurma videodur. Ancaq bu belə deyil. Mən heç bilmirdim ki, Prezidentlə görüşmək imkanımız olacaq. Sadəcə olaraq mənim belə bir fürsətim oldu və mən bundan yararlandım. 

Əkbər Əliyev universitetə yüksək balla daxil olduğunu bildirib: "Mən BDU-nun hüquq fakültəsinə yüksək balla daxil olmuşam. Universiteti qırmızı diplomla bitirmişəm. Hazırda magistr təhsili almışam. Hətta 2 ABŞ universitetinə də daxil olmuşdum. Sadəcə maddi imkanımız olmadığına görə ora gedə bilmədim. Hazırda ingilis dilində təhsil alıram. Məni tənqid edən insanlara deyirəm ki, heç kimi tanımadan, bilmədən mühakimə etməyin".

Etibarın müsahibəsini təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...