Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstan qeydiyyatlı maşınların ölkəyə girişində problem yaranıb? - RƏSMİ AÇIQLAMA

Bir neçə gündür sosial şəbəkələrdə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı dəyişikliklərin edildiyi və sərhəddən keçiddə problemlərin yaşandığına dair paylaşımlar edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  305 nömrəli qərarına əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tərəfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...