Səfər Mehdiyevdən Gürcüstan qeydiyyatlı maşınlarla bağlı açıqlama

Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin sualına cavabında deyib.
Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır.
"Gömrük Məcəlləsinin 305 saylı qərarının 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman bir gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir.
Bundan sonra bir ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir".
Cəmiyyət
- Əhalinin banklara kredit borcu ARTIB
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA
- Bakıda polis özünü oda ataraq vətəndaşı ölümdən xilas etdi - VİDEO
- Xalq artisti Vaqif Əsədov vəfat etdi
- Azərbaycan "Eurovision"da səsvermədən kənarlaşdırıldı
- Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Əhalinin banklara kredit borcu ARTIB 1046 dəfə oxunub
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA 1046 dəfə oxunub
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 941 dəfə oxunub