Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır.
Mynews.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib.
Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.
Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə "dyp.polisazerbaycan” adlı instagram səhifəsinin yaradılmasına göstəriş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən "dyp.polisazerbaycan” instagram səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb.
Hörmətli sosial şəbəkə istifadəçiləri!
Böyük məmnunluq hissi ilə Sizləri, ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək "dyp.polisazerbaycan” instagram səhifəsini izləməyə və aktiv iştirakçılığa dəvət edirik
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 930 dəfə oxunub
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 929 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 926 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 925 dəfə oxunub
- Şuşada iki su mənbəyi bərpa olundu 906 dəfə oxunub