Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentin vəzifədən azad etdiyi məhkəmə sədri və hakimlər - SİYAHI

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin vəzifələrinin dəyişdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Mynews.az Baku.ws-ə istinadla xəbər verir ki, sərəncamla aşağıdakı hakimlər və məhkəmə sədrləri vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad ediliblər:

Abıyev Nəriman İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Axundov Emin Tahir oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Axundova Zeynəb Əli qızı - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Burcayev İmran Ramazan oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Əliyev Emin Zöhrab oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Əliyeva Aytən Heydər qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Həsənova Şəlalə Akif qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Hüseynov Araz Firidun oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən

Hüseynov Elnur Heydər oğlu - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Hüseynov Pərviz Aktiv oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Qarayeva Mehriban Cəfər qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Qasımov Fərrux Hüseynağa oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Məmmədov Ceyhun Bəşir oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Məmmədov Rəşad Seylan oğlu - Tovuz Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Novruzov Səxavət Hüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən

Osmanov Usaməddin Hidayət oğlu - Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən

Sadiqov Zülfüqar Əhməd oğlu - Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Salmanov Elşən Fizuli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən

Tağıyev Xəqani Qəhrəman oğlu - Quba Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən

Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin ediliblər:

Rzayev Rəşid Şükür oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri

Əliyev İslam Əli oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri

Abbasov Natiq Mehdi oğlu - Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri

Nuriyev Mehman Bağış oğlu - Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri

Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

Heydərov Faiq İnqilab oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi

Mustafayev Etibar Mustafa oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

Tağıyev Zaur Müzəffər oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi

Kərimli Rüstəm Lətif oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi

Əsədova Tahirə Əlif qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi

Süleymanova Şəhla Ənvər qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi

Daşdəmirov Rauf Məhərrəməli oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

İmanov Xaliq Xalıq oğlu - Kürdəmir Rayon Məhkəməsinin hakimi

Ələkbərov Əfqan Qəzənfər oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Məmmədov Elçin Qüdrət oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Rzayev Kamil Allahqulu oğlu - Tərtər Rayon Məhkəməsinin hakimi

Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...