Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Övladının qida borusunda qəpik qalan vətəndaşa Semaşkodan cavab - “Bax da, 450 manatı düzəldə bilsən, gəl“

Ötən gün sosial şəbəkələrdə yayılan şikayət haqlı etirazlara səbəb olub. Belə ki, övladını xilas etmək üçün onu təcili dövlət xəstəxanasına çatdıran vətəndaş ağlına gətirməyəcəyi laqeydliklə üzləşib.

Medicina.az xəbər verir ki, jurnalist Səxavət Qurbanov uşağının qida borusunda qəpik qaldığı üçün onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Həkimin əməliyyatda olduğunu deyiblər və onunla telefonda danışıb. Bu zaman həkim 450 azn ödəniş qarşılığında uşağı palataya yerləşdirəcəyini və xüsusi aparatla nəfəs borusuna baxacağını bildirib.

Valideyn qəpiyin uşağın nəfəs deyil, qida borusunda olduğunu deyib. Onu daha yaxşı üsulla çıxarmağın mümkünlüyünü də qeyd edib. Cavab olaraq həkim bildirib ki, pulu düzəldə biləcəksənsə, gətir, çıxardaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...