Sosial şəbəkədə yayılan bu videoya görə baş həkim işdən çıxarıldı
Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) açıqlama yayıb.
Mynews.az azxeber.com-a istinadla məlumatda bildirilib ki, xəstəxanada çatışmazlıqlar aradan qaldırılır.
"Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün bildiririk ki, 26 fevral tarixində TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib. Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.
Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik" , - deyə məlumatda qeyd olunub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 938 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 586 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 578 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 578 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 575 dəfə oxunub