Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Koronovirusla bağlı təcili qərar - Deputatlar Milli Məcilisə çağırıldı

Bu gün deputatlar Milli Məclisə çağırılıb.

Mynews.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...