Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Lider" telekanalının yayımının dayandırılması ilə bağlı AÇIQLAMA

"Lider" telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, şirkətin yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xuduzadə bu haqda məlumatın gerçək olmadığını qeyd edib.

Onun sözlərinə görə, telekanalda kompleks profilaktika tədbirləri keçirilir və kanal bu gün 16:00-da yayımını bərpa edəcək.

Xatırladaq ki, dünən "Lider" telekanalının yayımı dayandırılıb. Saat 22:01-də "Gecənin sehri" adlı veriliş başlayandan sonra efir yarıda kəsilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...