Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Komitə sədri toy və yas məclislərini təxirə salmağa çağırdı

Bir çox vətəndaşlarımız koronavirusla əlaqədar toy məclislərini təxirə saldıqlarını bildirirlər. Məclisləri təxirə salmayan bəzi şəxslər isə bunu məhdud şəkildə həyata keçirirlər.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, insanların toplaşdıqları əsas yerlər yas mərasimləri və toy mərasimlərdirir: "Qərargah tövsiyyə verib. İmkan daxilində toy və yas mərasimlərini məhdudlaşdırmağa çalışın. Burada inzibati amil metodlarından istifadə edilmir. Hər bir adam başa düşməlidir ki, koronavirusa qarşı məktəbləri, kütləvi tədbirləri dayandırırdıqsa, 150-200 nəfərin olduğu xeyir tədbiri də təxirə salına bilər. Məscidlərdə də kütləvi camaat namazlarının az sayda insanla keçirilməsi tövsiyyə olunub. Başqa müsəlaman ölkələrində bu məhdudiyyətlər, tövsiyələr yerinə yetirilir”.

///Azvision.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...