Azərbaycan vətəndaşları üçün Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək - RƏSMİ
İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.
Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "Facebook” səhifəsində bildirilib.
"Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq, onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.
Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur”.
Telefon nömrəsi: 06 85305557
Qaynar xətt: 349 8155582
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1128 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1116 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1116 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1114 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1005 dəfə oxunub