Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - XƏBƏRDARLIQ
"Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".
Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev "Xəzər Xəbər"ə açıqlamasında deyib.
Onun sözlərinə görə dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görsə də, qadağalara əməl etmək istəməyən vətəndaşalar da var ki, onlar infeksiyanın yayılması üçünzəmin yaradırlar.
"Dünyanı cənginə alan koronavirus pandemiyasının qarşsının almaq üçün dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər görülsə də , hələ də bəzi insanlar bunun mahiyyətini anlamaq istəmir, həyatlarını təhlükəyə atırlar".
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev 'Xəzər Xəbər'-ə açılamasında belə deyib. O bütün vətəndaşlara tələblərə riayət etməklə bağlı müraciət edib.
Baş epidemioloq bildirib ki, hazırda xəstəxanalarda Covid 19 infeksiaysına yoluxmuş xəstələrin müalicəsi davam etsədə dünya təcrübəsində çox pis nümunələr mövcuddur.
Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir. Bunun üçün də insanlar çölə çıxmamalı və gigyenik təmizliklərinə xüsusi ilə diqqət etməlidirlər.
İbadulla Ağayev vətəndaşları karantin rejimi ilə bağlı növbəti gündən eitbarən tətbiq ediləcək xüsusi qaydalara ciddi əməl etməyə çağırıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub