Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT AÇIQLANDI
Xüsusi karantin rejimi ilə əlaqədar əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımların ödənişlərin verilmə qrafikində dəyişiklik edilib.
Mynews.az Yenicag.az-a istinadla məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib:
“Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi. Ancaq Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Pirallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımlarının ödənişi isə ayın 28-i tarixində təmin ediləcək”.
B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 991 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 967 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 956 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 955 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 952 dəfə oxunub