Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda daha sərt karantin rejimi tətbiq oluna bilər - SON DƏQİQƏ

“Hələ də karantin rejiminə əməl etməyib virusu yayan vətəndaşlarımız var”.

Mynews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, əgər vətəndaşlar karantin rejiminə əməl etməsələr, hökumət qarşısında daha sərt rejimin yaradılması məsələsi qaldırılacaq.

TƏBİB sədri bildirib ki, nə qədər çox şəxsə vaxtında dəqiq diaqnoz qoyulsa, onda xəstəliyə yoluxanların sayında azalma əldə etmək mümkün olar:

“Testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb. Təcili yardım briqadaları daim hazır vəziyyətdə olurlar. Ölkə üzrə 22 tibb müəssisəsi karantin üçün ayrılıb. Xaricdə də müşahidə edirik ki, süni nəfəs aparatına qoşulan şəxslərin həyatını çox vaxt xilas etmək olmur. Belə halların bizdə baş verməməsi üçün israrla vətəndaşları karantin qaydalarına əməl etməyə çağırıram", - deyə Ramin Bayramlı bildirib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...