Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA + VİDEO

Baş nazir Əli Əsədovun tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprelin 25-dək uzadılıb. 

Bu barədə “Azəristiliktəchizat”dan Mynews.az-a verilən məlumatda qeyd olunub. 

Bildirilib ki, xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir.

Bununla əlaqədar Nazirlər Kabinetinin göstərişinə əsasən, Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək, istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, müvafiq araşdırmalar aparılaraq, Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib.

Bununla bağlı Baş nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-dək uzadılması məqsədəuyğun hesab edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...