Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda hansı sahələrdə iş bərpa olunur? - HÖKUMƏT MƏRHƏLƏLİ QAYDADA ADDIMLAR ATACAQ

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da koronavirusa yoluxmanın sürətinin azaldılması məqsədi ilə ölkəmizdə xüsusi karantin rejimi davam edir.

Mynews.az xəbər verir ki, ötən gün xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Azərbaycanda koronavirusa yoluxma sayının nisbətən azalması may ayından etibarən bəzi sahələrdə karantin rejiminin ləğv ediləcəyi ilə bağlı fikirləri gündəmə gətirib. Bu fikrin nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova müraciət etdik.

Milli Məclisin deputatı BAKU.WS-ə açıqlamasında karantin rejimi müddətində hansı sahələrin fəaliyyətini bərpa etməsinin məqsəduyğun olmasını barədə danışıb: "Real sektorda fəaliyyələtlərin bərpa edilməsinin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olar. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri də artıq may ayından etibarən mərhələli şəkildə bəzi sektorlarda fəaliyyətin bərpa edilməsini reallaşdırmaq niyyətindədir. Bu baxımdan, Azərbaycanda da karantin rejiminin növbəti mərhələsində, xüsusən də may ayından etibarən bəzi sektorlarda fəaliyyətlərin mərhələli şəkildə bərpa edilməsi məqsədəuyğundur.

Burda çox önəmlidir ki, həmin müddətdə məhz koronavirusun təsirləri qiymətləndirilsin. Azərbaycanda koronavirusa yoluxanalrın sayında azalmalar davam edərsə, o zaman may ayından etibarən mərhələli şəkildə bir sıra sektorlarda fəaliyyətlərin bərpa edilməsi məqsədəuyğun olar.

Sözsüz ki, həmin dövrdə mövcud vəziyyətin qiymətləndirilməsi və ona uyğun olaraq qərarın verilməsinə ehtiyac var. Xidmət və ictimai iaşə sektorları çox vacibdir. Bu sektorlarda fəaliyyətlərin mərhələli şəkildə bərpa edilməsinə ehtiyac var".

Vüqar Bayramov həmçinin əlavə etdi ki, restoran və kafelər üçün yeni standartların müəyyənləşdirilməsinə ehtiyac var: "Avropa ölkələrində bu sektorlar bərpa edilərkən yeni qaydalar müəyyənləşib. Biz təklif edirik ki, bu halda restoran və kafelərdə stollar arasında məsafə 2 metrdən az olmamalıdır. Eyni zamanda həmin restoran və kafelər elektron menyudan istifadə etsinlər. Bu da ünsiyyətin, xüsusən də müştəri ilə xidmətçi arasındakı ünsiyyətin minimumlaşdırılmasına səbəb olacaq.

Amma elə restoranlar var ki, orada ümumi salon deyil, ayrıca otaqlar müştərilərə təklif edilir. Növbəti karantin dövründə həmin restoranların fəaliyyətinin bərpa edilməsi məqsədəuyğun ola bilər. Çünki həmin yerlərdə digər müştərilərlə ünsiyyət minimumdur. Məsələn, insanlar öz ailəsi ilə gəlib ayrıca otaqda oturub yemək yeyir. Bu zaman da elektron menyudan istifadə edilməlidir.

İctimai iaşə sektorunda da oxşar qaydalarla fəaliyyətlərin bərpasına ehtiyac var. Bir sıra satış məntəqələrinin fəaliyyətinə icazə verilməsi mümkündür. Məsələn, avtomobil satışı ilə məşğul olan salonların işinin bərpa edilməsi mümkündür. Konsaltinq xidməti göstərən şirkətlərin fəaliyyətinin bərpa edilməsi mümkündür. Bu. əslində indiki dövrdə konsaltinqə ehtyacın postpandemiya dövründə də artacağını nəzərə alsaq, buna ehtiyac var.

Biz may ayından etibarən qeyd etdiyimiz sektorarlarda mərhələli şəkildə fəaliyyətlərinin bərpasını məqsədəuyğun hesab edirik".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...