Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mübariz Mənsimov azadlığa buraxılıb? - AÇIQLAMA

"Mübariz Mənsimovun azadlığa buraxılması yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır".

Mynews.az Metbuat.az-a istinadla xəbər verir ki, bu fikirləri sosial şəbəkədə "Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yazıb:

"Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın".

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ təşkilatının (Fətullah Gülənin terror təşkilatı) fəaliyyətinin araşdırılması çərçivəsində İstanbulda həbs edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...