Azərbaycan daha 16 ölkəyə poçt göndərişlərini bərpa etdi
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib.
“Azərpoçt”dan verilən məlumata görə, qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək, beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.
Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir.
Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.
Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla aprelin 14-dən etibarən “Azərpoçt” 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 34-ə çatdırılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1113 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1097 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1097 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1042 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1034 dəfə oxunub