Bölgələrdən sərnişin daşıya biləcək şəxslərlə bağlı rəsmi açıqlama

"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".
Mynews.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Nuridə Allahyarova
Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar. Odur ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- N.Allahyarova deyib.
O, əlavə edib ki, fürsətdən istifadə edib fərqlənmə nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlar barəsində ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki, yollar açıldıqdan sonra xəttə lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.
N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq: “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı.
Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”.
Cəmiyyət
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA
- ANAMA ləğv edildi - Prezidentdən Sərəncam
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb
- "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
- “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 933 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 921 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 915 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 598 dəfə oxunub