Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Apellyasiya məhkəmələrinə kollegiya sədrləri təyin etdi

Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin ediliblər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri

Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri

Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri

Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri

Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri

Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri

Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...