Metroda sərnişin sıxlığı ilə bağlı AÇIQLAMA

“Metrodan istifadə edən sərnişinlərin sayı əvvəlki dövrlə müqayisədə kifayət qədər azalıb”.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün daşınan sərnişinlərin sayı karantin rejimindən əvvəlki dövrlə müqayisədə 8 dəfə azdır:
“Bu, səhər saatlarından indiyədək olan göstəricidir. Metro fəaliyyətini dayandırdığı müddətə qədər gün ərazində adi iş günlərində 800 min, şənbə günü 600 min, bazar günü isə 400 min sərnişin daşınırdı. Gün ərzində sərnişin sıxlığından asılı olaraq, bu göstəricilər dəyişə bilər”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ 930 dəfə oxunub
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 929 dəfə oxunub
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO 926 dəfə oxunub
- GÜNÜN PİS XƏBƏRİ! Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 925 dəfə oxunub
- Şuşada iki su mənbəyi bərpa olundu 906 dəfə oxunub
loading...