Metroya maskasız girdi, polislə dalaşıb həbs olundu - VİDEO

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteni fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalıdır.
Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmalıdırlar. Lakin mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib.
İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.
Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.
“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Cəmiyyət
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı
- "OBA" marketlər şəbəkəsindən mətbuata açıqlama
- Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan reaksiya
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 921 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 919 dəfə oxunub
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır 901 dəfə oxunub
- “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb 595 dəfə oxunub
- Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən açıqlama - VİDEO 594 dəfə oxunub