SMS-icazə ilə bağlı DƏYİŞİKLİK
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.
Mynews.az xəbər verir ki, müəyyən edilib ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.
Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 953 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 911 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 901 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 901 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 598 dəfə oxunub
loading...