Metro bağlandığı üçün bu avtobuslar işləyəcək - Cədvəl
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur.
BNA-dan Mynews.az-a daxil olan məlumata görə, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Qeyd edilir ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub