Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan-Ermənistan sərhədində döyüş gedir: Hər iki tərəfdən itki var - RƏSMİ

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən Mynews.az-a bildirilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...