Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhərrəm Əliyevin nəvəsi heç bir qəza törətməyib - TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində Prezidenti Hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin nəvəsinin Rusiya Federasiyasının Moskva şəhərində yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılıb. Mynews-un araşdırmasından sonra məlum olmuşdur ki, Prezidentin köməkçisinin nəvəsi hadisədə sərnişin qismində olmuş və həmin nəqliyyat vasitəsini idarə edən şəxsin hər hansı təqsiri olmamışdır. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmamışdır.

Qeyd edilib ki, hadisənin təqsirkarı Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Hüquq mühafizə orqanları da hadisəni törədən şəxsin məhz həmin şəxs olduğunu müəyyənləşdirib. Məlum olub ki, Rusiya vətəndaşı idarə etdiyi maşınla M.Əliyevin nəvəsinin də olduğu maşını arxa sol tərəfdən vurub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...