Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ

Xatırlayırsınızsa, şəhid Ataməli Musaoğlunun qızı ilə “Ayrılıq” mahnısına rəqs etməsini əks etdirən video sosial şəbəkələrdə yayılmış və hər kəsi duyğulandırmışdı.

Baku TV-nin əməkdaşları qəhrəman şəhidimizin ailəsi ilə söhbətləşib.

Şəhidimizin anası Leyla Musayeva bildirib ki, o, psixoloji mərkəzdə psixoloq kimi çalışıb:

“Könüllü orduya yazıldı. Sevə-sevə, həvəslə getdi. Ağdərə rayonunda şəhid olub. Yoldaşlarının dediyinə görə altı post alıblar, yeddincidə şəhid olub. Səngərin digər tərəfində yoldaşı vurulub. Yoldaşı deyib ki, qalxma, səni vuracaqlar. Deyib ki, səni orada elə qoya bilmərəm. Qalxanda ürəyindən vurublar”.

Qürurlu şəhid anası oğlunun “Ayrılıq” mahnısına olan sevgisindən söz açıb:

“Hər gün oxuyurdu, mənə qulaq asdırırdı. Hamı ilə o mahnıya rəqs edirdi. Heç fərqinə varmırdım ki, o mahnıda “Ayrılıq” deyilirdi. Həftədə 3-4 kitab almalı idi”.         

A.Musaoğlunun atası Seyidməmməd Musayev deyir ki, oğlu vətənə borcunu yerinə yetirib:

“Şəhid olduğu üçün sevinirəm ki, vətənə borcunu verib. Amma yoxluğuna ağlayıram. Hərdən özümə deyirəm ki, kaş bir səhvi olaydı. Amma yoxdur. Çox savadlı idi.

Anasına deyirdi ki, səni elə ucalara qaldıracam ki, mənimlə fəxr edəcəksən. Axırıncı dəfə anası ilə telefonda danışanda dedi ki, qəhrəman kimi gedəcəm. Son dəfə bizimlə danışanda mənə dedi ki, həyat yoldaşımla uşağım sizə əmanətdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...