Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Reallıqları dəyişdik: Erməni işğalçıları kəlbəcərlilərə 10 saat vaxt vermişdi, indi isə... - VİDEO

Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev ermənilərin 1993-cü ildə Kəlbəcəri işğal etmələri ilə bağlı video paylaşıb.

N.Ağayev “Twitter” hesabından paylaşdığı videoya qeyd edib:

“1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edilib.

Budur, Kaliforniya əsilli terrorçu Monte Melkonyan erməni əsgərlərlə oradadır.

Onlardan biri Azərbaycanda mühasirədə olan sivil vətəndaşlara deyir: Ermənistanın ordusu Kəlbəcərə girib, mühasirədəsiniz. Sizə 10 saat vaxt veririk”.

Qeyd edək ki, artıq reallıqlar dəyişib və noyabrın 15-dək ermənilər Kəlbəcəri tərk etməlidirlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...