Qarabağ qəhrəmanlarının adları dərsliklərdə yer alacaq (RƏSMİ)
"Hansı qəhrəmanın hansı dərsliyin üz qabığında yer tutmasını indidən demək doğru olmaz”.
Bunu Mynews.az açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov topçu, 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alması ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Cəsarət Valehov bildirib ki, Vüsal Şahkərimov da daxil olmaqla Azərbaycanın yüzlərlə qəhrəmanı var:
"Onların hər birinin haqqında hekayələr yazılacaq, təqdimatlar olacaq. Bu movzular üzərində xüsusi iş aparılacaq. Onların hər birinin qəhrəmanlığı haqqında dərsliklərdə mövzular işləniləcək. Bu, hələ tam formaya salınmış məsələ deyil. Biz hələ işimizi bitirməmişik”.
Cəsarət Valehov qeyd edib ki, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən döyüşçülərin həyat yolu ilə bağlı mövzuların öyrənilməsi prosesi davam edir:
"Bizə bunun üçün bir müddət lazım olacaq. Onlarla bağlı aparılan bütün işlər tam araşdırılandan sonra hansı qəhrəmanın hansı dərslikdə yer alması dəqiqləşəcək”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1114 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1098 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1043 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1035 dəfə oxunub