BDU-nun tələbəsi universitetə BƏRPA OLUNDU
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.
"BakuPost"un əldə etdiyi məlumata görə, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.
P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi.
BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı.
Dünən isə P.Məhəmmədov videomüraciət yayaraq, hərəkətinə görə peşman olduğunu bildirmiş və hər kəsdən üzr istəmişdi.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 931 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 928 dəfə oxunub
- Emin Ağalarov söz verdi 927 dəfə oxunub
loading...