Laçınla bağlı açıqlama verildi - RƏSMİ
Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb
Bu barədə Mynews.az-a icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:
"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir".
İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 926 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 566 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 564 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 564 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 558 dəfə oxunub