Sabah bağlanacaq yolların - Siyahısı

10 dekabr 2020-ci il tarixdə Bakının mərkəzi olan Azadlıq meydanında "Zəfər paradı” keçiriləcəkdir.
Texnikaların hərəkəti və hərbi yürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər Bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı Bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.
Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur.
Belə ki, tədbir tam başa çatanadək həmin istiqamətlər üzrə :
1. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,
2. Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,
3. Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,
4. M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,
5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,
6. A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,
7. Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,
8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.
Yol hərəkəti iştirakçılarına bildirilir ki, həmin istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə süni sıxlığın və ya tıxacların yaranmasına səbəb ola bilər.
Bir daha xahiş edilir ki, ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qaydalara düzgün əməl edilsin.
Cəmiyyət
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA
- ANAMA ləğv edildi - Prezidentdən Sərəncam
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb
- "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
- “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 931 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 919 dəfə oxunub
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 913 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 596 dəfə oxunub