Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev daha bir fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mynews.az fərmanın mətnini təqdim edir:

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulanın ikinci abzasından "və "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması” sözləri çıxarılsın.

2. 6.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 6.6-cı bənd ləğv edilsin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...