SON DƏQİQƏ: Azərbaycanda QANUN DƏYİŞDİ - Bunu edənlər 600 MANAT CƏRİMƏLƏNƏCƏK

Milli Məclisinbu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Mynews.az xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.
Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Məcəllənin hazırkı variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Məcəlləyə dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 970 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 950 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 933 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 929 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 928 dəfə oxunub