Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

190 manat NEÇƏ AY veriləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Musa Quliyev karantin qaydalarının daha da sərtləşdirilməsindən danışıb. Deputat açıqlamasında "18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın" deyib.

Eyni zamanda Azərbaycanda virusa yoluxma rəqəmlərinin aşağı endiyi halda, koronavirusun yenidən mutasiyaya uğraması, yeni virusun yayılması xəbəri bəzi sosial təminat məsələlərini yenidən gündəmə gətirir.

Öldürücülük qabiliyyəti yüksək olduğu deyilən həmin virus barədə danışan Azərbaycan Həkimlər Birliyinin təsisçilərindən biri, dosent Ədalət Rüstəm münasibət bildirərək "Həmin virusun ölkəmizdə yayılma ehtimalı çox yüksəkdir. Çox güman ki, artıq mutasiya baş verib. Əgər elə olmasaydı, bu qədər yoluxma olmazdı. Buna görə də demək olar ki, bizdə də koronavirus mutasiyaya uğrayıb. Ölüm sayının çoxalması da bunu deməyə imkan verir" deyib.

Belə olduğu təqdirdə, bir daha karantin rejiminin daha da sərtləşməsi gündəmə gəlir. Bunu nəzərə alaraq, vətəndaşlara birdəfəlik yardımın neçə ay veriləcəyi diqqət mərkəzindədir.

Mynews.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov da danışıb:

"Tətbiq olunmuş sərtləşdirilmiş karantin rejiminə əsasən müəyyən olunmuş inzibati yaşayış məntəqələrində "SMS" icazəsi olmadan küçəyə çıxmaq qadağan olunmuşdur. Əsasən götürüləndə insanlar icazə olduğu halda küçəyə çıxa bilərlər. Bu da koronavirusa yoluxmaların dinamikasını azalmaya doğru istiqamətləndirmişdir.

Bu çox müsbət dəyişiklikdir və 18 yanvara qədər sərt tədbirləri davam etdirməklə yoluxmaları minimuma endirə biləcəyimizi düşünürəm. Sərt karantin rejimi insanların hərəkətini məhdudlaşdırımış, iş yerlərdə fəaliyyət dayandırmışdır. Bu da işləyən insdanlarda və əhalinin az təminatlı təbəqəsinin maliyyə durumunda müəyyən çətinlik yaradır.

Dövlətimiz sərt karantin rejimi tətbiq olunandan sosial müdafiə tədbirləri həyata keçirmişdir və bu tədbirlər 14 dekabrdan 18 yanvara qədər olan müddətdə də davam etdiriləcəkdir. Birinci sərtləşdirilmiş karantin rejiminin tətbiqi zamanı 5 milyon nəfərin sosial durumuna müsbət təsir edəcək 2,5 milyard dollarlıq sosial dəstək proqramları tətbiq olunmuşdu. Düşünürəm ki, həmin proqramlar indiki sərt karantin rejimi dövründə də davam etdiriləcəkdir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...