Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edildi

Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı üç mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 970 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 950 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 933 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 929 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 928 dəfə oxunub
loading...