Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobili olanlar, DİQQƏT! - Yanvarın 5-dək...

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bayram günləri də daxil olmaqla Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələrinin hər gün fasiləsiz fəaliyyət göstərildiyi bildirilib.

Mynews.az xəbər verir ki, texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.

Qurumdan bildirilib ki, əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman 20 gün ərzində avtomobil texniki baxışdan keçirilməlidir.

Bundan başqa, bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...