Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı?
Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik olması müəyyən edilib.
Bəs bu qiymət artımı ictimai nəqliyyatda gediş haqqına hər hansı formada təsir edəcək?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Onun sözlərinə görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini BNA həyata keçirir:
“Bunu nəzərə alaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Bu istiqamətdə heç bir məsələ gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1115 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1099 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1044 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1036 dəfə oxunub