Unun qiymətinin 35 manata qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin isə 80 qəpiyə qaldırıldı. Bu artım artıq bir sıra qida məhsullarında eləcə unun və siqaretin qiymətinə də təsir etməyə başlayıb. Belə ki, iddialara görə 28 manata satılan unun qiyməti artıq 32-35 manat arası dəyişir.
Mynews.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-la fikirlərini bölüşən deputat Azər Badamov bildirib ki, 28 manata olan un, 32-35 manata satılırsa və bunu benzinin bahalaşması ilə əlaqədar deyilirsə, bu tamamilə əsassızdır:
"Çünki benzinin bahalaşması, unun ancaq daşınma xərclərində cüzi artıma səbəb ola bilər. Ona görə bir sutkada unun qiyməti 5-7 manat artırılırsa, bunu süni qiymət artımı hesab edirəm. Bildirirəm ki, laqədar dövlət strukturlar bu işlə məşğul olmalıdır".
Deputat qeyd edib ki, siqaretin qiymətində ümumiyyətlə artım olmamalıdır:
"Amma bununla yanaşı siqaretin qiymətinin rəsmi artırılmasının və ya satışına qadağa qoyulmasının tərəfdarıyam. Mən insanların sağlamlığı naminə siqaretin dövriyyəsini maksimum məhdudlaşdırılmağını dəstəkləyirəm".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ 970 dəfə oxunub
- Qanla yazılan şanlı tarix - VİDEO 950 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 933 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 929 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 928 dəfə oxunub