Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq? - VACİB AÇIQLAMA
"Ölkənin bəzi şəhər və rayonlarında 18 yanvara qədər davam edəcək sərt karantin rejiminin müddəti uzadılmaya bilər".
Mynews.az xəbər verir ki, bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev 'Xəzər Xəbər' açıqlamasında deyib.
Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.
Millət vəkili deyir ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.
Millət vəkili könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin.
Millət vəkili hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1114 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1098 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1043 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1035 dəfə oxunub