Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA

Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir.

Mynews.az xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir: “Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...