Şuşada iki su mənbəyi bərpa olundu

Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir.
Bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, artıq Zarıslı və Kiçik Kirsdənə gələn su mənbələri bərpa olunub:
“Hazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur. Eyni zamanda, “Azərsu” Şuşa şəhərində içməli suya olan tələbatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub”.
A.Cəbrayıllı bildirib ki, Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu da quraşdırılıb.
Cəmiyyət
- "OBA" marketdə BİABIRÇILIQ - üstündə söyüş olan məhsullar SATIŞA ÇIXARILDI
- Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər
- Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən açıqlama - VİDEO
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 907 dəfə oxunub
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza 905 dəfə oxunub
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən... 903 dəfə oxunub
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 599 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 598 dəfə oxunub