Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında ayın 20-də sulu qar və qarın yağması gözlənilir. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun -2 dərəcəyə enməsi proqnozlaşdırılır.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, temperaturun aşağı düşməsi nəticəsində yolların buz bağlaması ehtimalı var və buna görə sürücülər yola çıxarkən son dərəcə diqqətli olmalıdırlar:

“Şaxtalı hava şəraitində avtomobil sahibləri və sürücülər mövsümi qış təkərlərindən, eləcə də hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük versinlər.

Belə hava şəraitində istifadə edilən avtomobillərin təkərlərinin mövsümə uyğun olmasını tövsiyə edirik. Avtomobillərin şüşə ilgəcləri mütləq işləməli, avtomobillər texniki cəhətdən saz olmalı, əyləc sistemindən istifadə edilməməlidir. Sürət həddi hava şəraitinə uyğun olmalı, ara məsafəsi gözlənilməlidir. 

Piyadalar yalnız onlar üçün ayrılmış səkilərdən istifadəyə üstünlük verməlidirlər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...