Bakıda daha bir marşrut xətti kartla ödənişə keçir

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.
Bu barədə Mynews.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırıması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
15.02.2021-ci il tarixindən 44 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s-Zığ qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Sərnişinlərin rahatlığı nəzərə alınaraq Zığ qəsəbəsi ərazisində, iki ünvanda “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Cəmiyyət
- "OBA" marketdə BİABIRÇILIQ - üstündə söyüş olan məhsullar SATIŞA ÇIXARILDI
- Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər
- Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən açıqlama - VİDEO
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 907 dəfə oxunub
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza 905 dəfə oxunub
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən... 903 dəfə oxunub
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 599 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 598 dəfə oxunub