Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Bu barədə Mynews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metrosunda sərnişindaşıma fəaliyyəti yalnız Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.
Cəmiyyət
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA
- Bakı metrosunda YENİLİK - FOTO
- Ramazan ayı başlayır - Bu gecə niyyət gecəsidir
- Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
- Azərbaycanda bu qadağa ləğv olundu - SON DƏQİQƏ
- Azərbaycanda koronavirusa yoluxanların sayı 2 dəfə artdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda dəhşətli yanğın - Ölən var 923 dəfə oxunub
- Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü 921 dəfə oxunub
- Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 920 dəfə oxunub
- "Rəmişin hər şeyi mənimdir, maşını, evi..." - Mülk davası 919 dəfə oxunub
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA 910 dəfə oxunub