Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BNA vətəndaşa bir gündə yeddi cərimə göndərdi - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma qaydalarını pozması ilə bağlı vətəndaşa bir gündə yeddi cərimə göndərib.

Bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə bildirilib

Belə ki, taksi sürücüsü Cəlal Axundov avtomobilinin cərimə olunub-olunmamasını hər ay yoxlatdığı halda ümumilikdə 144 manat olmaqla, ayrı-ayrı vaxtlarda yazılan yeddi köhnə cərimənin ona bir gündə göndərilməsindən narazı olduğunu bildirib. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, cərimənin gec göndərilməsinin səbəbi sözügedən avtomobilin lizinq şirkətinin adına qeydiyyatda olması və tənbehlə bağlı həmin şirkətin agentliyin sorğusuna gec cavab verməsidir.  

Daha ətraflı süjetdə:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...