Şəhid mayorun doğum günüdür - Yaşasaydı 35 yaşı olacaqdı - FOTO

Bu gün həm də Vətən müharibəsinin unudulmaz şəhid qəhrəmanlarından biri mayor Budaqov Rəşad Ramiz oğlunun doğum günüdür.
Mynews.az xəbər verir ki, 1986-cı ildə Yevlax şəhərində anadan olan şəhidimiz Azərbaycan ordusu sıralarında tankçı zabit kimi xidmətə başlayıb. Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor R.Budaqov İkinci Qarabağ müharibəsi başlayandan ön cəbhədə vuruşub.
Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan mayor R.Budaqovun Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.
Sözügedən istiqamətdə bir dəfə yaralanan mayor R.Budaqov növbəti dəfə ağır yaralandıqdan sonra şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə R.Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
Şəhidimizdən Vətənə əmanət iki qız övladı qalıb.
Qeyd edək ki, bu gün həm də Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun da doğum günüdür.
Cəmiyyət
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA
- Bakı metrosunda YENİLİK - FOTO
- Ramazan ayı başlayır - Bu gecə niyyət gecəsidir
- Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
- Azərbaycanda bu qadağa ləğv olundu - SON DƏQİQƏ
- Azərbaycanda koronavirusa yoluxanların sayı 2 dəfə artdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda dəhşətli yanğın - Ölən var 923 dəfə oxunub
- Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü 921 dəfə oxunub
- Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 920 dəfə oxunub
- "Rəmişin hər şeyi mənimdir, maşını, evi..." - Mülk davası 919 dəfə oxunub
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA 910 dəfə oxunub