Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə bağlı qərarını açıqlayıb. 

Bu qərardan sonra hər kəsi düşündürən sual uşaq bağçalarının fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlıdır. 

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, yeni qərar yalnız məktəblərə aiddir: "Bu qərar uşaq bağçalarına şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...