Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu tarixdə küçəyə çıxmayın - XƏBƏRDARLIQ

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Mynews.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - məlumatda qeyd olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...