Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentin birdəfəlik yardımla bağlı sərəncamı neçə nəfərə şamil olunacaq?

Prezident İlham Əliyevin 29 aprel 2021-ci il tarixli Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 6083 nəfərə şamil olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 181 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, qalanları İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, habelə sənəddə nəzərdə tutulan digər şəxslərdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...